“Azərbaycanda elə dövlət təşkilatları var ki, xidmətlərini belə öz gəlirləri hesabına qarşılamırlar”.
Azinformasiya.Az-ın xəbərinə görə, bunu Hesablama Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında , qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) yoxlamalara başlanılıb. V.Gülməmmədov bildirib ki, bu qurumda dövlət vəsaitinin və əmlakının auditi aparılır:
“Aparılan yoxlamaların nəticələrinə dair məlumatlar veriləcək”.
V.Gülməmmədov jurnalistlərə açıqlamasında deyib ki, AZAL-da yoxlamaların iyun ayında başa çatdırılması nəzərdə tutulub.