Rusiyaya məxsus helikopterin vurulmasına rəsmi Bakıdan gələn təcili reaksiya Kremldə üzrxahlığın qəbul edilməsinə imkan verdi.
Azinformasiya.Az bildirir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov RT telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Bakının qərəzsiz istintaq aparmaq və günahkarları cəzalandırmaq istəyi həlledici rol oynayıb.
Xatırladaq ki, 9 noyabrda Rusiya Müdafiə Nazirliyi Rusiyanın Mi-24 təyyarəsinin Qarabağdakı döyüş bölgəsindən kənarda Ermənistanın hava məkanında vurulduğunu xəbər vermişdi. Azərbaycan helikopterin döyüş bölgəsinə yaxın istiqamətdə və qaranlıqda havaya qalxmasından şübhə edərək hadisənin təxribat məqsədli ola biləcəyi ehtimalına qarşı helikopteri zərərsizləşdirmişdi.
Bəzi iddialara görə, helikopter ermənilər tərəfindən təxribat məqsədilə qaçırılmışdı. Erməni mətbuatı və nümayəndələri hələ də Azərbaycana qarşı təxribat məqsədilə bu məsələni xüsusi diqqətdə saxlayır.