Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin iyulun 3-ü gündüz saatlarınadək davam edəcəyi, iyulun 4-dən mülayim cənub küləyi əsəcəyi gözlənilir. Fasilələrlə yağıntılı hava şəraiti isə iyulun 5-dək əsasən şimal və qərb rayonlarında davam edəcək.
Bu barədə Azinformasiya.Az-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, birinci ongünlüyün son günlərində temperatur rejiminin tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 35-37°, Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasında 35-38°, bəzi yerlərdə 40°, dağlarda 22-27° isti olacaq.