HAMAS-ın xaricdəki siyasi lideri Bassem Naim hərəkatın Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldüyünü təsdiq edib.
Azinformasiya.az xəbər verir ki, o, öz bəyanatında Yəhya Sinvarın İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar zamanı öldürülməsini etiraf edib.
“İsrail liderlərimizi öldürməklə bizim qarşımızı alacağına və bunun Fələstin xalqının mübarizəsinin sonu demək olduğuna inanırsa, səhv edir”, – Bassem Naim vurğulayıb.
Azinformasiya.az