HAMAS təmsilçisi ABŞ-ni İsrailə təzyiqləri artırmağa çağırıb

ABŞ Qəzzada müharibənin başa çatması üçün İsrail tərəfinə təzyiqləri artırmalıdır.

 

Azinformasiya.az  “Reuters“ə istinadən xəbər verir ki, bunu HAMAS-ın təmsilçisi Sami Əbu-Zühri bildirib.

O deyib ki, təmsil etdiyi təşkilat regionda vəziyyətin müzakirəsi üçün istənilən platforma çərçivəsində dialoqa hazırdır.

“ABŞ İsrail tərəfinə təzyiqləri artırsa, biz də müharibənin dayandırılmasına yönələcək istənilən təşəbbüslərə dəstək verəcəyik”, – Əl-Zühri vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir