HAMAS Qəzzanın idarəçiliyini təhvil verməyə hazır olduğunu bildirib

HAMAS Qəzzanın idarəçiliyini təhvil vermək üçün bütün lazımi prosedurları tamamlayıb.

 

Azinformasiya.az  “Al Jazeera“ kanalına istinadən xəbər verir ki, bunu HAMAS-ın sözçüsü Hazem Qassem bildirib.

Onun sözlərinə əsasən, HAMAS idarəçiliyi Qəzzada Milli Hökumətin ixtiyarına verməyə hazırdır.

“Fələstin cəmiyyətinin müxtəlif fraksiyalarından ibarət komitə təhvil-təslim prosesinə nəzarət edəcək. Biz bütün tərəfləri komitənin bərpa və yenidənqurma səylərini asanlaşdırmağa çağırırıq”, – HAMAS sözçüsü qeyd edib.

Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə İsrail və HAMAS arasında əldə olunan razılaşmaya əsasən, 15 üzvdən ibarət olan Fələstin texnokratik hökuməti Qəzzanın idarəçiliyini HAMAS-dan təhvil alaraq bu bölgəyə özü nəzarət etməlidir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir