HAMAS lideri: Girovlarla bağlı razılaşma təklifini almışıq, müzakirələr gedir

HAMAS girovlarla bağlı razılaşma təklifini aldığını təsdiqləyib və ciddi müzakirələrə açıq olduğunu bildirib.

 

Azinformasiya.az “SkyNews”a istinadən xəbər verir ki, bu barədə HAMAS-ın lideri İsmayıl Haniyə deyib.

“HAMAS hərəkatı [Paris] iclasında təqdim olunmuş təklifi alıb və bunu araşdırmaq, ona cavab vermək prosesindədir. Prioritet təcavüzü dayandırmaqdır”.
İsmayıl Haniyə hər hansı bir razılaşmanın tam və daimi atəşkəs tələb edəcəyini bildirib.

“Hərəkat hər hansı ciddi və praktiki təşəbbüs və ya ideyaların müzakirəsinə açıqdır, bir şərtlə ki, onlar təcavüzün hərtərəfli dayandırılmasına səbəb olsun… mühasirənin aradan qaldırılması və ciddi məhbus mübadiləsinə müvəffəq olsun”.

Bundan başqa, HAMAS-ın yüksək səviyyəli liderlərinin razılaşma ilə bağlı danışıqlar üçün Misirə dəvət olunduğu da təsdiqlənib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir