Hakan Fidan Zelenski ilə görüşüb

Türkiyə xarici işlər naziri Hakan Fidan Ukraynaya səfər edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfəri çərçivəsində o, Ukrayna lideri Vladimir Zelenski ilə görüşüb.

Ukrayna Prezidenti Vladimir Zelenski isə “Facebook” hesabında Türkiyə xarici işlər naziri Hakan Fidanla vacib məsələləri müzakirə etdiyini bildirib.

Ukrayna dövlət başçısının sözlərinə əsasən, görüşdə Sülh Formulu, Qlobal Sülh Sammitinə hazırlıq, eyni zamanda Rusiyanın Qara dəniz taxıl dəhlizini blokadaya alması ilə meydana çıxan risklər müzakirə olunub.

“Mən Ukraynaya davamlı və ardıcıl dəstəyi üçün Türkiyəyə minnətdaram!” – Zelenski vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir