Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla telefonla danışıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə diplomatik mənbələr bildirib.
Qeyd olunub ki, danışıq əsnasında Azərbaycan və Ermənistan arasında sülh danışıqları müzakirə olunub.
Hakan Fidan bildirib ki, sülh sazişinin tezliklə imzalanması vacibdir.
Azinformasiya.az