Hakan Fidan və Antoni Blinken arasında telefon danışığı olub, Suriyaya dair müzakirə aparılıb

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.

 

Azinformasiya.az  xəbər verir ki, Hakan Fidan və Antoni Blinken Suriya və Yaxın Şərqdəki hadisələri müzakirə ediblər.

Hakan Fidan ölkəsinin Türkiyə və Suriya vətəndaşlarına qarşı terror fəaliyyətinə əsla icazə verməyəcəyini bəyan edib.

Telefon danışığı zamanı Qəzza, Ukrayna və Cənubi Qafqaza dair də müzakirə aparılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir