Türkiyə Ukraynada ən yaxın zamanda qismən atəşkəsin bərqərar olmasını arzu edir.
Azinformasiya.az bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan norveçli həmkarı Espen Barth Eide ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə bu istiqamətdə lazım olan dəstəyi verməyə hazırdır.
Hakan Fidan, eyni zamanda ölkəsinin Ukraynanın ərazi bütövlüyünə dəstəyinin tam olduğunu da vurğulayıb.
Azinformasiya.az