Hakan Fidan: Türkiyə Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyə hazırdır

Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə TASS Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Hakan Fidan Lavrovla Ukrayna münaqişəsinin vəziyyətini müzakirə edib və Türkiyənin yeni danışıqlar raunduna ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib.

Mənbə bildirib ki, söhbət zamanı həmçinin enerji təhlükəsizliyi məsələləri müzakirə olunub.

Bundan başqa, Fidan Lavrov ilə Yaxın Şərqdəki münaqişələrin dayandırılması və diplomatik həll yolları imkanlarını da müzakirə edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir