“Laziqiyyə hadisələri Suriya hökumətinin həftələrdir heç bir təxribat olmadan yürütdüyü siyasətin son günlər bir təxribatla məcrasından çıxarılmağa çalışıldığını göstərir”.
Azinformasiya.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniya, İraq, Livan və Suriyanın XİN başçıları ilə birgə mətbuat konfransında deyib.
O, region ölkələrinin və Türkiyənin Suriyada sabitliyi pozacaq heç bir təşəbbüsü dəstəkləmədiyini vurğulayıb.
Azinformasiya.az