Türkiyənin xarici işlər naziri Hakan Fidanla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Azinformasiya.az xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.
XİN rəhbərləri “Taxıl sazişi”nin gələcəyini müzakirə ediblər.
H.Fidan və S.Lavrov telefon danışığı əsnasında Rusiyanın Türkiyəyə meşə yanğınlarında istifadə edilən irihəcmli yanğınsöndürən təyyarə göndərməsi ilə bağlı
fikir mübadiləsi aparıblar.
Türkiyənin XİN rəhbəri bu gün BMT-nin Baş katibi Antoniu Quterreş ilə də telefon danışığı aparıb. Onlar “Taxıl sazişi” ilə bağlı son hadisələri müzakirə ediblər.
Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu.
Xatırladaq ki, iyulun 17-də Rusiya sazişin dayandırıldığını açıqlayıb.
Azinformasiya.az