Hakan Fidan: Rusiya və Ukrayna liderlərini İstanbulda qəbul etməyə hazırıq

Türkiyə Rusiya və Ukrayna liderlərini İstanbulda qəbul etməyə hazırdır.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə xarici işlər naziri Hakan Fidan bildirib.

Onun sözlərinə əsasən, Rusiya və Ukrayna arasında davamlı atəşkəsin əldə olunması üçün ilk təməl məhz İstanbulda qoyulub.

Hakan Fidan qeyd edib ki, bu danışıqlar nəticəsində əsir mübadiləsi və Taxıl dəhlizi kimi mühüm məsələlərin həlli təmin olunub.

O, Türkiyənin bu dialoqu davam etdirməkdə qətiyyətli olduğunu vurğulayıb, həmçinin Rusiya və Ukrayna liderlərini İstanbulda qəbul etməyə hazır olduqlarını bəyan edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir