Hakan Fidan: Rusiya-Ukrayna arasında qalıcı sülh üçün hər cür səy göstərməyə davam edəcəyik

Bu gün dünya sülhü üçün mühüm bir gün idi.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarının nəticələrini şərh edərək bildirib.

O qeyd edib ki, gərgin diplomatik səylər nəticəsində Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə İstanbulda görüş keçirib:

“Görüşün nəticəsi olaraq etimadın möhkəmləndirilməsi məqsədilə hər ölkədən min nəfər əsirin mübadiləsi barədə razılığa gəliblər. Onlar, eyni zamanda atəşkəs əldə etməyə imkan verəcək şərtləri yazılı şəkildə qarşı tərəflə bölüşməyə razılaşıblar. Tərəflər yenidən görüşmək barədə də prinsipial razılığa gəliblər. Türkiyə olaraq Rusiya ilə Ukrayna arasında qalıcı sülhün əldə olunması üçün hər cür səy göstərməyə davam edəcəyik”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir