Qəzzada vəziyyət müsbət mərhələyə daxil olub.
Azinformasiya.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransında deyib.
“Düşünürük ki, növbəti bir neçə həftə ərzində texnokratik hökumət və “Sülh Şurası” Qəzzanın idarəçiliyi üçün fəaliyyətə başlayacaq. Bu prosesdə bir sıra çətinliklərin həlli üçün tərəfdaşlarımızla dialoq apararaq əlimizdən gələni edəcəyik. Qəzzada vəziyyət müsbət mərhələyə keçir. Lakin risklər və İsrailin mövqeyi də göz önündədir”, – Hakan Fidan vurğulayıb.
Azinformasiya.az