Türkiyədə müstəqil kibertəhlükəsizlik təşkilatı yaradıla bilər.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan “Anadolu Agentliyi“nə müsahibəsində bildirib.
O, Livanda həyata keçirilən kiber hücumu şərh edərək, kəşfiyyat təşkilatlarının bu cür hücumlardan tez-tez istifadə etdiyini qeyd edib.
Hakan Fidan, eyni zamanda İsrailin gərginliyi addım-addım Livana doğru yönəltdiyini də vurğulayıb.
Azinformasiya.az