Hakan Fidan: İran Türkiyəyə raket atılması ilə bağlı iddiaları təkzib edir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyəyə ballistik raket atılması ilə bağlı iddiaların İran tərəfindən təkzib edildiyini bildirib.

 

Azinformasiya.az  xəbər verir ki, nazir bu məsələni İranın xarici işlər naziri Abbas Əraqçi ilə müzakirə etdiyini, lakin bəzi ziddiyyətli məqamların mövcud olduğunu qeyd edib.

“İranlı həmkarımla telefon danışığımız oldu. Hadisə ilə bağlı müxtəlif məlumatlar səsləndirilir, ancaq İran tərəfi belə bir hücumun baş vermədiyini bildirir. Müəyyən texniki məlumatlar var. Bu ziddiyyətlər həm diplomatik, həm də hərbi kanallar vasitəsilə müzakirə olunur”, – deyə Fidan vurğulayıb.

Nazir, həmçinin qeyd edib ki, Türkiyənin əsas prioriteti müharibənin daha da genişlənməsinin və regiona yayılmasının qarşısını almaqdır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir