Hakan Fidan: HAMAS Qəzzanın idarəetməsini fələstinlilərdən ibarət bir komitəyə təhvil verməyə hazırdır

HAMAS Qəzzanın idarəetməsini fələstinlilərdən ibarət bir komitəyə təhvil verməyə hazırdır.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Fələstin Zirvəsində çıxışı zamanı deyib.

Hakan Fidan vəziyyətin son dərəcə kritik mərhələyə çatdığını bildirib.

Nazirin sözlərinə əsasən, beynəlxalq ictimaiyyət İsrailə qarşı təzyiqləri artırmalıdır. O qeyd edib ki, İsrail humanitar yardım razılaşmasına əməl etmir və yardımlar hələ də anbarlarda saxlanılır.

Hakan Fidan həmçinin qeyd edib ki, HAMAS Qəzzanın idarəetməsini fələstinlilərdən ibarət bir komitəyə təhvil verməyə hazırdır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir