Hakan Fidan Ermənistan XİN rəhbəri ilə görüşüb

Antalyada keçirilən diplomatik forum çərçivəsində Türkiyə və Ermənistanın xarici işlər nazirləri Hakan Fidan və Ararat Mirzoyan arasında görüş keçirilib.

 

Azinformasiya.az xəbər verir ki, görüş zamanı Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi müzakirə edilib.

Tərəflər münasibətlərin tam nizamlanmasına nail olmağa hazır olduqlarını təsdiqləyib.

Diplomatlar bu istiqamətdə konkret addımlar barədə fikir mübadiləsi aparıblar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir