Hakan Fidan: ABŞ-la İran razılığa gəlsə, əlavə 45-60 günlük atəşkəs ola bilər

Amerika Birləşmiş Ştatları və İran razılığa gəlsə, əlavə 45-60 günlük atəşkəs baş tuta bilər.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu”ya müsahibəsi zamanı bildirib.

Onun sözlərinə əsasən, hazırda tərəflərin ortaya qoyduğu maksimalist təkliflər müzakirə olunur.

“Tərəflər, əslində, ilkin mövqelərini ortaya qoydular. Bu, normaldır. İlkin mövqelər həmişə bir qədər maksimalist olur. Daha sonra tərəflər bu vasitəçilik dəstəyi ilə bir nöqtədə ortaq məxrəcə gəlməyə çalışırlar. Əsad odur ki, atəşkəsə nail olmaq istiqamətində davamlı səmimi niyyət olsun. Mənim gördüyüm odur ki, hazırda hər iki tərəf atəşkəs məsələsində səmimidir, ehtiyacın fərqindədir”, – Hakan Fidan vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir