Hacıqabulda yaşayış binasında partlayış olub, xəsarət alan var

Hacıqabul şəhərində ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Yanğın nəticəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 2 otağının döşəməsi 49 m² sahədə yanıb. Yüksək temperaturdan 2 otağın qapısı və 1 otağın plastikdən ibarət pəncərə çərçivəsi qarsalanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir