Hacıqabulda qəza nəticəsində 3 nəfər xəsarət alıb

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə saat 5 radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza nəticəsində xəsarət alan Bakı sakinləri, 1987-ci il təvəllüdlü Ağayev Elşad Səfər oğlu, 1993-cü il təvəllüdlü Abdulmanafova Həcər Zakir qızı və Goranboy sakini, 1987-ci il təvəllüdlü Abbasov Musa Çingiz oğlu Şirvan mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir