Hacıqabulda maşın dərəyə aşıb, xəsarət alanlar var

Hacıqabulda yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində baş verib.

Sərt döngədə idarəetməni itirən minik maşını dəmir səddi qıraraq dərəyə aşıb. Nəticədə sürücü ağır xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Avtomobildə olan sərnişinlər isə yüngül xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir