Hacıqabulda minik maşını aşıb.
Azinformasiya.az xəbər verir ki, hadisə Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində baş verib.
Şahbuz rayon sakini, 1997-ci il təvəllüdlü Rahib İsmayılovun idarə etdiyi minik maşını yoldan çıxaraq aşıb. Müxtəlif xəsarətlər alan sürücü Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az