Hacıqabulda azyaşlını avtomobil vurub

Hacıqabulda 7 yaşlı uşağı avtomobil vurub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Hacıqabulun Şorbaçı ərazi vahidinin 2-ci Paşalı kəndində baş verib.

Kənd sakini, 7 yaşlı Həsən Ələkbərovu minik avtomobili vurub. Ağır xəsarətlər alan azyaşlı Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir