Hacıqabulda 2 mərtəbəli ev yanıb

Hacıqabulda barak tipli 2 mərtəbəli ev yanıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə ötən gecə Hacıqabul rayonunun Navahi qəsəbəsində qeydə alınıb. Barak tipli taxta konstruksiyalardan ibarət, 2 ailənin yaşadığı, ümumi sahəsi 144 m² (hər mərtəbəsi 72 m²) olan ikimərtəbəli binanın yanar konstruksiyaları yanıb. Yanğının söndürülməsinə FHN-nin Hacıqabul rayonunun yanğından mühafizə bölmələsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir