Həkimdən VACİB ÇAĞIRIŞ: “COVID xəstələri xəstəxanalarda minlərlədir”

Hazırda COVID xəstələri xəstəxanalarda minlərlədi. Amma lap milyonlarla olsa belə, yenə də COVID-dən yayınmaq insanın öz əlindədir. Yenə də mümkündür ki, buna yoluxmayasınız, ya da gec yoluxasınız.

Azinformasiya.Az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.

O, xəstəlikdən qorunma yollarını izah edib: “Yoluxmanı nə qədər gecikdirsəniz, bir o qədər yaxşı olar. Həm siz yoluxana qədər effektiv dərman tapılar, həm də effektiv vaksinasiyaya özünüzü yoluxdurmadan çatdıra bilərsiniz.

Şərtlər sadədi:

Sosial məsafə saxlayın, məncə, bu, ən əsasdır.

Maska taxın.

Əl gigiyenasına əməl edin.

Əli sabunlamadan üzə toxunmayın.

Bunları edə bilsəniz Yer kürəsində hamı yoluxsa da, siz yoluxmayacaqsız”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir