Həbs edilən Ermənistanın sabiq Baş Qərargah rəisinin oğlu azadlığa buraxılıb

Həbs edilən Ermənistanın sabiq Baş Qərargah rəisi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov 1 milyon dram (təxminən 2,4 min dollar – Red) girov müqabilində azadlığa buraxılacaq.

“AZİNFORMASİYA.AZ” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a onun vəkili Mihran Poqosyan məlumat verib.

Poqosyan qeyd edib ki, məbləğ artıq ödənilib, hazırda müdafiə tərəfi ödənişlə bağlı sübutların təqdim edilməsi üçün cəzaçəkmə müəssisəsinə gedib.

Xaçaturov İrəvandakı etiraz aksiyaları zamanı narkotik vasitələrin təsiri altında polisə şiddət tətbiq etməkdə ittiham olunurdu və onun barəsində Ermənistan Cinayət Məcəlləsinin 316.1-ci maddəsi ilə iş açılmışdı.

Belə ki, İ. Xaçaturov mayın 17-si Ermənistan müxalifətinin təşkil etdiyi etiraz aksiyası zamanı polisin tələblərinə riayət etməmiş və polis əməkdaşına yumruq zərbələri endirmişdi.

Həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı qərar İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Tatevik Qriqoryanın sədrliyi ilə keçirilən iclasında qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir