Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Ukrayna dövlət başçısı Vladimir Zelenskinin dünən Gürcüstan səfirindən Mixeil Saakaşvilinin məhkəməsi ilə bağlı Tbilisi ilə məsləhətləşmələr aparmaq üçün 48 saat ərzində Ukraynanı tərk etməyi tələb etməsini təhqiramiz addım kimi qiymətləndirib.
Azinformasiya.az xəbər verir ki, bu barədə partiyanın sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə söyləyib. Kovaxidze bildirib ki, Ukrayna hökumətinin bəzi yüksək rütbəli rəsmiləri Saakaşvilinin Gürcüstana göndərilməsində iştirak etdiklərini etiraf ediblər və bu gün eyni hökumət onun Ukraynaya qaytarılmasını tələb edir.
Kobaxidze Ukrayna müharibədə olduğu üçün məsələnin dərinliyinə getmək istəmədiyini və Gürcüstan hökumətinin Ukrayna ilə birtərəfli dostluq münasibətlərini saxlamaq niyyətində olduğunu vurğulayıb.
Azinformasiya.az