Saakaşvilinin sağlamlıq vəziyyəti televiziyadakı görüntüləri ilə yox, həkimləri tərəfindən aparılan müayinələrlə qiymətləndirilir.
Azinformasiya.az xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze keçirdiyi brifinqdə söyləyib. O, keçmiş Prezidentin məhbus olduğunu və hökumətin onun sağlamlığının qeydinə qaldığını bildirib.
Breqadze, həmçinin qeyd edib ki, Mixeil Saakaşvili həkimlərin tövsiyələrinə əməl etmir və özünə zərər verməklə məşğuldur.
Rati Breqadze sağlamlıq vəziyyəti imkan verdiyi zaman Saakaşvilinin müalicə aldığı klinikadan həbsxanaya qaytarılacağını söyləyib.
Azinformasiya.az