Gürcüstanın Oni bələdiyyəsində Şavi kurort zonasının yaxınlığında baş vermiş torpaq uçqunu nəticəsində həlak olanlardan daha birinin meyiti aşkarlanıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bununla da təbii fəlakət nəticəsində ölənlərin sayı 12 nəfərə yüksəlib. Azı 25 nəfərin axtarışlarının isə davam etdirildiyi bildirilir.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən hərbçilər də axtarışlara qoşulublar. Ərazidə ümumilikdə təxminən 400 xilasedicinin fəaliyyət göstərildiyi bildirilib.
Azinformasiya.az