Gürcüstanda azərbaycanlı yaşlı qadın evində ölü tapılıb

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi Bələdiyyəsinin Mamxuti (Saraçlı) kəndində 70 yaşlı qadın yaşadığı evdə ölü tapılıb.

 

Azinformasiya.az  xəbər verir ki, qadının meyitini tapan kənd sakinləri ətrafda qan izləri gördüklərini bildiriblər.

Yaşlı qadının evdə tək yaşadığı bildirilib. Hadisə yerinə polis cəlb olunub, meyit ekspertizaya aparılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir