Gürcüstanda 24 yaşlı azərbaycanlı qətlə yetirilib

Gürcüstanın Rustavi şəhərində 24 yaşlı azərbaycanlı kişi odlu silahla qətlə yetirilib.

 

Azinformasiya.az  xəbər verir ki, hadisənin mübahisə zəminində baş verdiyi bildirilir.

Məlumata əsasən, gənclər arasında mübahisə sonradan silahlı insidentə çevrilib. Qətlə yetirilənin Bolnisi sakini Vüqar Yaqubov olduğu bildirilir. Onun xəstəxanaya çatdırılarkən aldığı xəsarətdən yolda dünyasını dəyişdiyi qeyd olunub.

Faktla əlaqədar istintaq başladılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir