Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Polşa səfirinin əvəzedicisi Mariuş Pietr Jak və nazir İliya Darçiaşvilinin görüşü ilə bağlı məlumat yayıb.
Azinformasiya.az xəbər verir ki, nazir Darçiaşvili XİN-ə çağırılmış diplomata bildirib ki, polşalı həkimin prosedurları pozaraq Mixeil Saakaşvilidən götürdüyü bioloji nümunəni klinikadan kənara çıxarmağa çalışması Gürcüstan tərəfində narahatlıq yaradıb.
Görüş əsnasında Polşadan olan tibbi missiyanın üzvlərindən birinin yol verdiyi bu davranışın anlaşmazlığa, narahatlığa səbəb olduğu və bütün prosesə etimadın itirilməsi ilə nəticələnəcəyi bildirilib.
Məlumatda qeyd olunub ki, görüşdə Polşa səfirliyinin rəsmisindən insidentlə bağlı mövqeyini bildirməsi istənilib. Diplomat insidentlə hansı davranışın səbəb olması ilə bağlı məlumatsız olduğunu bildirib.
Azinformasiya.az