Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb.
Azinformasiya.az xəbər verir ki, tərəflər iki ölkə arasında siyasi-iqtsadi münasibətləri müzakirə ediblər.
Görüşdə tranzit-logistika sahəsində və Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyadan Gürcüstanın dəniz limanlarına əlavə yüklərin cəlb olunması üzrə əməkdaşlığın potensialına diqqət ayırlıb.
Kobaxidze Türkmənistan qazının Gürcüstan vasitəislə nəqlinə köməkliyin göstərilməsinə hazırlıq ifadə edib. O, Türkmənistanın dövlət başçısına Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyinə, o cümlədən işğal altında olan ərazilərin tanınmaması siyasətinə görə təşəkkürünü bildirib.
Görüşdə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinə hazırlıq ifadə olunub.
Kobaxidze Berdiməhəmmədovu Gürcüstana rəsmi səfərə dəvət edib.
Azinformasiya.az