Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili Davos Dünya İqtisadi Forumu çərçivəsində İran xarici işlər naziri Hüseyin Əmir-Abdullahian ilə tanışlıq görüşü keçirib.
Azinformasiya.az xəbər verir ki, məlumatı Gürcüstan XİN yayıb.
Bildirilib ki, görüşdə Gürcüstanla İran arasında yaxşı qonşuluq münasibətləri olduğu vurğulanıb. Qeyd olunub ki, XİN rəhbərləri ticari-iqtisadi münasibətlər də daxil olmaqla ikitərəfli əlaqələrə dair məsələləri, xalqlararası əlaqələrin intensivləşdirilməsinin müsbət potensialını, mədəniyyət, təhsil, turizm sahələrində əməkdaşlığı nəzərdən keçiriblər.
XİN-in məlumatına əsasən, söhbət zamanı regiondakı vəziyyət və çağırışlara da toxunulub. Bildirilib ki, görüşdə diqqət regionun dayanıqlı və stabil inkişafına diqqət çəkilib.
Azinformasiya.az