Gürcüstan və Ermənistan DTX rəhbərləri regional təhlükəsizliyi müzakirə edib

Ermənistanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Andranik Simonyan Gürcüstana səfər edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Gürcüstan DTX-dan bildirilib.

Gürcüstan DTX-nın rəhbəri Mamuka Mdinaradze erməni həmkarını qəbul edib. Görüşdə iki ölkə arasında dostluq münasibətləri müzakirə olunub.

Tərəflər əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini, eyni zamanda regionda mövcud çağırışları və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı imkanlarını nəzərdən keçiriblər.

Müzakirələr zamanı ikitərəfli koordinasiyanın və informasiya mübadiləsinin vacibliyi vurğulanıb. M.Mdinaradze Qafqazda sülhün təmin edilməsində və möhkəmləndirilməsində Gürcüstanın müsbət rolundan danışıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir