Gürcüstan və Almaniya XİN rəhbərləri görüşüb

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvilinin Almaniya xarici işlər naziri Annalena Berbokla görüşü baş tutub.

 

Azinformasiya.az xəbər verir ki, məlumatı Gürcüstan hökuməti yayıb.

Bildirilib ki, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 78-ci sessiyası çərçivəsində baş tutmuş görüşdə tərəflər Gürcüstanın Avropa İttifaqına (Aİ) qəbulu prosesinə diqqət yetiriblər.

Qeyd olunub ki, nazir Darçiaşvili həmkarını Gürcüstan hökumətinin Avropa Komissiyasının tövsiyələrinin yerinə yetirilməsi yönündəki səyləri barədə məlumatlandırıb və ölkəsinin bu sahədə əldə etdiyi inkişafın tanınacağına ümidvar olduğunu bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir