Gürcüstan Prezidenti Trampla fotosunun saxta olması barədə məlumatı təkzib edib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Nyu-Yorkda ABŞ lideri Donald Trampla çəkilən fotoşəklinin saxta olması barədə yayılan məlumatı feyk adlandırıb.

 

Azinformasiya.az  xəbəri verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə əsasən, radikal qüvvələrə məxsus telekanallar, partiya və QHT-lər həqiqətə uyğun olmayan informasiyalar yaymaqla ictimaiyyəti aldadırlar.

“Mənim fotoşəklə əlavə olunmağım barədə məlumatlar yalandır”, – dövlət başçısı deyib.

M.Kavelaşvili qeyd edib ki, ABŞ Prezidenti ilə danışıq aparmaq imkanı olub və Tramp ona Gürcüstan-ABŞ münasibətlərinin bərpası məsələsinə mütləq qayıdacağını söz verib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir