Gürcüstan parlamenti sədrinin Azərbaycana səfər planı açıqlanıb

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfər gündəliyində vacib məsələlər yer alır və bütün bunlar müzakirə ediləcək.

 

Azinformasiya.az Gürcüstanın ictimai telekanalına istinadən xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze deyib. O, bildirib ki, Şalva Papuaşvilinin Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Sahibə Qafarova, eyni zamanda Baş nazir Əli Əsədovla görüşləri planlaşdırılıb. Səfir qeyd edib ki, səfər çərçivəsində parlamenlətrarası dostluq qruplarının görüşü də planlaşdırılıb.

Keçiriləcək görüşlərin iki ölkə arasındakı əlaqələrin daha da inkişafına təkan verəcəyini qeyd edən Zurab Pataradze Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın və dinamik əlaqələrin olduğunu xatırladıb.

“Gündəlikdə vacib məsələlər var və bütün bunlar müzakirə olunacaq və bu səfər bizim səmimi, strateji münasibətlərimizə xüsusi töhfə verəcək”, – səfir vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir