Gürcüstan lideri: Cənubi Qafqazın regional mərkəz kimi statusu gücləndirilməlidir

Gürcüstanın praqmatik, çoxvektorlu xarici siyasətinin mahiyyəti sülh və müstəqilliyin qorunmasıdır.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili parlamentdə illik hesabatla çıxışı zamanı deyib.

O qeyd edib ki, Gürcüstan sülh siyasəti yürüdür və ölkə bunu öz hərəkətləri ilə sübut edib.

“Bu, yalnız ölkəmiz üçün deyil, həm də bütün regionun təhlükəsizliyi üçün fundamental əhəmiyyət kəsb edir”, – Kavelaşvili əlavə edib.

Prezidenti sözlərinə əsasən, Gürcüstan mövcud beynəlxalq vəziyyəti nəzərə alaraq qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün əsas ölkəyə çevrilə bilər:

“Asiya, Avropa və Yaxın Şərqin iqtisadi inteqrasiyasını təşviq edə, Cənubi Qafqazın regional hab kimi statusunu gücləndirə və tərəfdaş ölkələrlə əlaqələrimizi daha da gücləndirə bilərik. Bu baxımdan hökumət tərəfindən 2025-ci ildə mühüm addımlar atılıb. Həmçinin qonşu ölkələrlə münasibətləri daha da dərinləşdirmək və regionda sülhü möhkəmləndirmək məqsədi daşıyan Ermənistan, Azərbaycan və Türkiyəyə səfərlərimi də qeyd etmək istərdim”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir