Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) müəyyən siyasi dairələrlə əlaqəli qrupların seçkilərdən bir neçə gün öncə hökumət rəsmilərinin saxta səs yazıları və görüntülərini paylaşmağı planlaşdırdığı barədə məlumat yayıb.
Azinformasiya.az xəbər verir ki, qurumun bəyanatında həmin materialların süni intellekt və digər müasir texnologiyalarla hazırlandığı qeyd olunub.
Bildirilib ki, saxta materialların məqsədi Gürcüstan hökumətinin qolları arasında ixtilaf yaratmaq, hökumətin kilsə ilə, həmçinin Qərb tərəfdaşları ilə münasibətləri korlamaqdır.
Bəyanatda qeyd edilib ki, yekun hədəf ölkədə qeyri-sabitlik yaratmaq və bundan öz siyasi məqsədləri üçün istifadə etməkdir.
Azinformasiya.az