Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Azinformasiya.az xəbər verir ki, məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayıb.
İrakli Qaribaşvilinin seçkilərin uğurla təşkil olunmasına və ilk raundda əldə edilən uğura görə, Türkiyə Prezidentini təbrik etdiyi məlumatda qeyd olunub.
İrakli Qaribaşvili Türkiyə-Gürcüstan strateji tərəfdaşlığının güclənməsində, eləcə də birgə regional layihələrin dəstəklənməsi ilə dayanıqlı və stabil regional inkişafda Ərdoğanın şəxsi rolunu vurğulayıb.
Baş nazir Qaribaşvili dövlət başçısı Ərdoğana seçkilərin ikinci raundunda da uğur arzulayıb.
Azinformasiya.az