Göygöldə yük maşınları toqquşub, 2 nəfər xəsarət alıb

Göygöldə yol qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “MAN” markalı yük maşını ilə “KamAZ”markalı avtomobil toqquşub.

Qəza zamanı xəsarət alan Bakı şəhər sakini 1970-ci il təvəllüdü Bəhram Zərbəliyev və Göygöl rayon sakini 1967 -ci il təvəllüdlü Əflatun Hacıyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir