Göygöldə yük maşını qəza törədib, xəsarət alanlar var

Bakı-Qazax magistral yolunun Göygöldən keçən hissəsində qəza olub.

 

Azinformasiya.az  xəbər verir ki, hərəkətdə olan “TIR” markalı yük maşını idarəetmədən çıxaraq dəmir arakəsməyə çırpılıb.

Qəza zamanı 2 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanlar 1983-cü il təvəllüdlü Ceyhun Məmmədov və 1973 -cü il təvəllüdlü Vidadi Məmmədovdur.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir