Göygöldə yol qəzası olub, xəsarət alanlar var

Göygöldə yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “VAZ 2106” ilə “Mercedes” markalı minik maşınları toqquşub.

Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir