Göygöldə yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan iki minik maşını toqquşub.
Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. İlkin ehtimalara əsasən, qəzaya səbəb yolunun buzlu olması olub.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az