Göygöldə minik avtomobili aşıb: 1 nəfər ölüb

Göygöl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hərəkətdə olan Niva markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb.

Nəticədə bir nəfər hadisə yerində ölüb. Qəza zamanı avtomobil ciddi deformasiyaya uğrayıb.

Hadisə yerinə dərhal FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları və polis cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir